Boşluqlu orqanların (mədə, onikibarmaq bağırsaq, nazik bağırsaq, yoğun bağırsaq) ultrasəs müayinəsi.
Həkim qastroenteroloq Qüdrətov  D.A.
     
  Uzun zaman boşluqlu orqanların daxilində olan havanın akustik artefakt yaratdığı üçün boşluqlu orqanların ultrasəs müayinəsi vasitəsilə yoxlanılması azməlumatlı və ya hətta qeyri – mümkün hesab olunurdu. Ancaq son illər ərzində ultrasəs müayinəsi böyük müvəffəqiyyətlə boşluqlu orqanların (mədə-bağırsaq) xəstəliklərinin diaqnostikasında istifadə edilir. (Minuşkin O.N. və s.,1987; lemeşko Z.A., 1994; Baskov S.S., 1995; Mayev İ.V., 1999; Xvacayev M.S. 2000,2001; Weiss A., 1983; Alcarawi M., 1998; Anand Achari 1998).
Mədə – bağırsaq sisteminin transabdominal ultrasəs müayinəsi zamanı 3,5-5 mHs və ya 7,5-10 mHs tezlikli ötürücülərdən istifadə edilir. (Mayev İ.V., 1999; Xvacayev M.S., 2001). Boşluqlu orqanların patologiyasının transabdominal ultrasəs vasitəsilə daha yaxşı yoxlanılmasında mədə – bağırsağın xüsusi hazırlanmış maye ilə doldurulması kömək edir. Bu zaman poliplər, xora defektləri, şiş törəmələri daha asan aşkar edilir. Bundan başqa mədə bu maye ilə doldurulduqda mədəaltı vəzin görüntülənməsi də yaxşılaşır.
Boşluqlu orqanların ultrasəs vasitəsilə yoxlanmasının xüsusi diaqnostik əhəmiyyəti şiş törəmələrinin (həmçinin karsinoid), divertikulların, Kron xəstəliyinin, xora zədələnməsinin aşkarlanmasındadır. (Qriqoryeva Q.A., 1990; Dvoryakovskiy İ.V.,1996; Burkov S.Q.,2001; Rioux M. et al.,1995).


3-D sonoqrafiyaDuqlas boşluğunda sonoqrafiya zamanı tuberkuloz düyünləri
aydın görünür. Düyünlər xarakter hipoexogen kontura malikdir

                     

Şiş xəstəliym zamanı bu müayinənin həssaslığı 93,7% təşkil edir ki, bu da nəticə etibarilə rentqenoloci və endoskopik müayinələrdən daha üstün nəticələr deməkdir. (Lemeşko Z.A., 1998). Bağırsaqların divarlarının qalınlaşması ultrasəs vasitəsilə aşkarlandıqda, buna səbəb olan bağırsaq ödemi, fibrozu, qansızmaları və ya şiş dəyişiklikləri dəqiq səbəb kimi göstərilir. Bu hallarda dəyişikliklərin xarakterindən asılı olmayaraq Lemeşko tərəfindən təsvir olunmuş (1994) xüsusi «zədələnmiş boşluqlu orqan simptomu» aşkarlanır. Spru, enteropatiyalar, bağırsaq işemiyası və qansızmaları, venoz durğunluq, appendikular absess, Kron xəstəliyi, travmalar, Uippl xəstəliyi, lyamblioz, stronqiloidoz, limfoma, dermatomiozit, amebiaz, psevdomembranoz kolit, adenokarsinoma, şişlər, sarkoma Kapoşi, vərəm xəstəlikləri zamanı ultrasəs vasitəsilə nazik bağırsağın divarlarının qalınlaşması aşkarlanır. (Bıçkov Y.P, Çernomorskaya O.D.,2002). 


3-D Sonoqrafiya. Qara ciyər sirozu ilə xəstələnmiş xəstədə assitlə fəsadlaşmış və
bağırsaqların səthi sonoqrafiyası zamanı onların hamar xarici aydın
vizualizə olunur

       Mədə və onikibarmaq bağırsaq xoralarının diaqnostikasında ultrasəs müayinəsinin həssaslığı 89%; spesifikliyi 85%, dəqiqliyi 86% təşkil edir. (Xvacayev M.S.,2000). Müqaisə üçün qeyd etmək lazımdır ki, bu patologiya zamanı endoskopik müayinənin dəqiqliyi yalnız 66% təşkil edir. (Klasika sovremennıy mediüinı po Dconu Nobelö , str..886., 2005). Utrasəs müayinəsi xora xəstəliyinin ağırlaşmasının (penetrasiya, perforasiya, qanaxma) diaqnostikasında da əvəz olunmazdır.
Boşluqlu orqanların ultrasəs vasitəsilə yoxlanmasının üstün cəhətlərindən biridə qonşu orqanların (qara ciyər, dalaq, mədəaltı vəz, öd kisəsi) eyni zamanda yoxlanılması, patoloci prosesin qonşu orqanlara yayılması və kontrolu da aparıla bilər. Endoskopik və rentqenoloci müayinələrdən fərqli olaraq mədə  ancaq  daxildən və ya xaricdən (laparoskaopiya zamanı) yoxlanılmırsa , boşluqlu orqanlar ultrasəs vasitəsilə yoxlandıqda  isə mədə bağırsağın divarlarının bütün 5  qatları,  və həmçinin  yanaşı qarın boşluğu orqanları yoxlanılır, limfa düyünlərinin vəziyyəti qiymətləndirilir, boşluqlu orqanların yanaşı qonşu orqanlarla iltihabi prosesdə münasibəti qiymətləndirilir,  qarın boşluğunda sərbəst mayenin olması (assit) aşkarlana bilir. (Lemeşko Z.A., Qriqoryeva Q.A.,1985; Lemeşko Z.A.,1988).


Bəd xassəli assid zamanı müsariqədə müxtəlif ölçülü
çoxlu sayda düyünlər (ox işarəsi) görünür

         Transabdominal ultrasəs müayinəsi boşluqlu orqanların vərəmi zamanı spesifik əlamətlərin aşkarlanmasında böyük rol oynayır, bununla yanaşı limfa düyünlərinin, qara ciyərin, dalağın da zədələnməsi üzə çıxa bilir.
Bundan başqa, əlavə kontrast maddə yeritməklə ultrasəs vasitəsilə mədə və onikibarmaq bağırsağın doppler müayinəsi də aparılır, bu da duodeno – qastral reflüks, qastro – ezofageal reflüks xəstəliyinin diaqnostikasında xüsusi əhəmiyyətlidir. Mədə – bağırsağın ultrasəslə müayinəsi zamanı motor – evakuator funksiyası da dəqiq qiymətləndirilir. Bu da o deməkdər ki, mədə – bağırsaq sisteminin transabdominal ultrasəs müayinəsi yalnız orqaniki patologiyaları deyil, funksional patologiyalar zamanı da yüksək diaqnostik əhəmiyyətə malikdir.


Şəkildə mədənin üçölçülü 3-D hidrosonoqrafiyası zamanı mədənin böyük
əyriliyində  xora görünür,və göründüyü kimi artıq limfa düyünü də
prosesə sirayət olunub   

                                     

Mədənin transabdominal sonoqrafiyası zamanı əsas  əlamətlərdən mədə divarının elastikliyi, mədənin btün nahiyələrinin bərabər hamarlanması, divar qalınlığı, divarın qatlı quruluşu , və divarda əlavə törəmələrin olmasının təyinidir. Mədənin obyektiv və əsaslı müayinəsi aparmaq divarların adekvat hamarlanması ıüçün optimal maye qəbulu 1 litrə yaxın olmalıdır. Əgər bu zaman mədə divarlarının bütün nahiyələrdə dəqiq  3 qatlı (bəzi hallarda 5 qatlı ) diferensasiyası vizualizə olunursa, yəni mədənin selikli , selikaltı , selikaltı qişanı xüsisi plastinkası, əzələ təbəqəsi və seroz ttəbəqə  görünürsə və bu qatların ümumi qalınlığı  0,4-0,5 sm –dən qalın deyilsə bu normal haldır.


Exoqrammada  mədənin qatlı quruluşu aydın görünür, 3 qatlı
guruluş aydın vizualizə olunur, divarlar elastikdir. Norma

Aparılmış tədqiqatlar nəticəsində mədə divarının endofit rakları zamanı  şişin həm divar boyu yayılması ,artması , yəni infiltrativ prosesin divar boyu nə qədər sahəyə yayılması, həm də divar qalınlığının ölçüsünü  göstərmək həm də orqandan kənar sahələrə nə dərəcədə sirayət etməsi  metodikası  işlənib hazırlanmışdır.

  1. Zədələnmiş sahədə  divar qalınlığının 0,5 sm –dən çox olması və qatlı quruluşun diferensə olunmaması.
  2. Zədələnmiş sahədə elastikliyin itməsi
  3. Zədələnmiş sahənin nahamar, kələkötür olması .
  4. Xarici təbəqənin ( seroz qişanın) vizualizə olunmaması, konturlarının nahamar , kələkötür olması, və əskər hallarda qonşu orqanlara sirayət etməsi


Mədənin arxa divarının endofit xərçəngi,Arxa zədələnmiş divarın
qalınlığı 1 sm-ə çatır (oxla göstərilib) Divarın qatlı quruluşu itib, seroz
qat görsənmir.

 


Exoqrafik varniant: Mədə çisminin xərçəngi və qara ciyərin metostatik zədəsi
1.Mədənin divarı 17 mm qalınlaşıb
2. Qara ciyər
3. Metaztas


Endofoto :mədənin subkardial şöbəsində arxa divara yaxın dərin yarıa 2 sm dərinliyi 1 sm 
Eyni xəstənin sonoqrafik görüntüsü : 1,5 sm  yara defekti 1 sm dərinlikdə  


Mədənin sonoqrafiyası : mədənin cisminin orta 1|3 hissəsində divar 15 mm qalınlaşıb 4 sm uzunluğunda ,
qalınlaşmış sahədə qatlı struktura itib. qalan hissədə qatlı quruluş dəqiq görünür

Son zamanlar mədənin  ultasəslə transamdominal olaraq yoxlanmasının mükəmməl metodikası işlənib hazırlanmışdır. Ultasəs metodu daha çox zədələnmiş sahənin nə dərəcədə yayılmasını, hara metastaz verməsini, mədədən kənar sahələrə keçməsini ,şişlərin xoş və bəd xassəli olmasınının exoqrafik diferesasiyasını aparmağa kömək edir( Balğter S.A. Fişer M.E dr.Ultrazvukovaə diaqnostika rasprostranennosti raka celudka // Zdravoxranenie Belorusii.-1986 № 2 s.24-26.).;Lemeşko  Z.A.,Qriqorğeva Q.A.Ulğtrazvukovoy metod issledovaniə v diaqnostike zabolevaniy celudka i kişeçnika // Sov. Mediüina .1985.№3s.99-102)
Transabdominal  hidrosonoqrafiya çox böyük müvəffəqiyyətlə  nəinki mədənin gecikmiş formalı xərçəngini, hətta erkən , təzə (T1,T2) formalarını, eyni zamanda kifayət qədər dəqiqliklə mədə divarına invaziya dərəcəsini, onun yayılmasını təyin etməyə imkan verir. Bu da son dərəcə dəqiqliklə  imkan verir ki, bu xəstəlik beynəlxalq TNM sisteminə üyğun klasifikasiya edilsin.

Beləliklə   transabdominal ulttrasəs müayinəsi  mədənin endofit xərçənginin təyinində rolu: həssaslıq 92,5%,spesifiklik 89,6%, dəqiqlik 91,6% təşkil edir. Eyni zamanda bu metodu da mütləqləşdirmək lazım deyil , tam dəqiq , hərtərəfli diaqnoz qoymaq üçün arsenalda olan bütün digər müasir  vasitələrdən rasional , kompleks  istifadə etmək lazımdır İlkin olaraq transabdominal ultrasəs müayinəsindən ona görə istifadə etmək  məqsədəuyğundur ki, məhz bu metod daha asan, ucuz  başa gəlir, qeyri invazivdir, yəni daxilə heç bir müdaxilə olmur , xəstələri diğər yoluxucu xəstəliklərlə ( QİÇS, vərəm , virus C,  H. Pylori, və digər daha ağır fəsadlardan) yoluxma təhlükəsi olmur, müayinə çox rahatdır ,tam ağrısızdır/.
Mədənin və 12 barmaq bağırsaqın transabdominal hidrosonoqrafiyası  onun  motor –evakuator funksiyasına qiymət vermək baxımından daha  informativ və əvəzi olmayan bir müayinə metodudur. Bu metodla xəstələri  10 il  müddətində müayinə edən bir mütəxəsis kimi onu deyə bilərəm ki, bu üsulla  xəstələri ilkin   müayinə etdikdə,  obrazla desək- qaş düzəltdiyin yerdə göz çıxarmazsan.

Qeyd etdiyim kimi bizim klinikada bu müayinə metodu ilə on minlərlə xəstə yoxlanılıb və bir müalicə həkimi kimi deyə bilərəm ki, metodun üstünlüklərindən biri də əksər hallarda qastroskopiyaya ehtiyacın  olmamasıdır. Müayinə zamanı əlavə yoxlama metodlarına ehtiyac olduqda biz klinikada onlardan da istifadə edirik.
Onu demək istərdim ki, pasiyentlərin əksər hisəsində  qastroskopiyaya qarşı bir fobiya, qorxu var ki, bu da onları bu müayinədən ağrısalar belə ondan  çəkindirir. Bəziləri açıq aşkar həkimə  «ölərəm, ancaq onu udmaram» – deməkdə belə israrlı olurlar. Qastroskopiya müayinəsi çox lazımlı  bir informativ müayinə metodudur, elmin son nailiyətidir. . İnkişaf etmiş ölkə klinikalarında bu müayinənin aparılması çox qiymətlidir, aparatın çox işlək hissələri birdəfəlikdir və sterilizasıyasına da çox diqqətlidirlər.   Bu müayinəyə göstəriş olduqda ümümi  səhhəti imkan verən xəstələr ondan hökmən keçməlidirlər!  Amma diqətli olun, tələb edin ki, yaxşı sterilizə olunmamış, tələm –tələsik suyla- spirtlə yaxalanmış qastroskopu udmaqdansa onu heç qəbul etməsəniz məçləhətdir, əks halda dərdinizin üstünə dərd gətirərsiniz! Yaxşı sterilizə olunmuş invaziv metodların heç biri təhlükəli deyil!
Amma ilk öncə transabdominal ultrasəs müayinəsini və ya rentgen müayinəsini məsləhət görərdim! Onu da  bildirim ki, bizim klinikada  yuxarıda adlarını çəkdiyimiz bütün müayinə metodları  vardır. Və bu müayinələrdən  qastroskopiyanı ultranazik 4,9 sm diametrli  Pentaks firmasının  videoqastroskopu ilə aparırıq. Videoqastroskopiya zamanı bütün çəkiliş lazer diskinə yazılır və xəstəyə verilir, və özarxivizdə də saxlaya bilirik. Bu müayinəni demək olar ki, tam ağrısız şəraitdə apara bilirik, ancaq aparatın 100%-li sterilizasiyasına  tam əmin olduqdan sonra  növbəti xəstəni yoxlayırıq. Qastroskopun sterilizasiyası xüsusi aparatda  qiqasept məhlulu ilə aparılır.
Sizlərə də məsləhətim budur ki, harada qastroskopla müayinə olunursuzsa, həkimləri tələsdirməyin , özünüz də tam əmin olun ki, sizin yoxlanacağınız qastroskop tam sterilizə olunub.
Pasientlərin nəzərinə çatdırıram ki, indi son zamanlar bütün dünyada daha dəqiq və informativ müayinə metodlarından biri də test paneli olan Qastropanelin kəşfidir. Qastropanelin köməyi ilə qan analili ilə mədənin bütün selikli qişalarının vəziyyəti və funksional aktivliyi haqda tam və dəqiq məlumat əldə etmək olur. Bu müayinə metodu qeyri invaziv, təhlükəsiz və xəstə üçün çox rahatdır.Əksər hallarda Qastropanelin köməyi ilə mədənin selikli qişası və funksional aktivliyi haqda alınmış məlumat  qastroskopiya və histoloci tədqiqat zamanı alınmış məlumatlarla eynilik təşkil edir. Nəzərə almaq lazımdır ki, qastroskopiya histoloci müayinə ilə subyektiv medoddur, əksər hallarda  həkim qastroskopistin və patomorfoloqun profesionallıq səviyyəsindən asılıdır! Qeyd etmək vacibdir ki, Qastropanel  qastroskopiyadan daha dəqiq və informativ müayinə metodudur ki, mədənin selikli qişasının sturukturası və funksional aktivliyi haqda daha erkən və gözlə görünə bilməyəcək dəyişiklikləri vaxtında aşkar etməyə imkan verir.

      Qastropanelin köməyi ilə qanın plazmasında  4 göstəricini aşkar edilir: H. Pilori bakteriyasını- antitelin varlığı, Pepsinogen-1 səviyyəsi, Pepsinogen-2, və Qastrin-17-nin miqdarı. Qastropanelin köməyi ilə alınmış nəticələri Qastrosoft  kompyüter proqramı vasitəsi ilə Helikovakter pilori infeksiyasının varlığı , atrofiq qastritin dərəcəsi, eyni zamanda mədə xorası və mədə xərçənginin əmələ gəlməsi ehtimalı  çox böyük dəqiqliklə təyin olunur. Qastosoft  proqramı həkim qastroskopist üçün sanki bir yol göstərəndir ki,  mədənin ən çox zədələnmiş sahəsini  ona aşkar edib həmən sahədən bioptat götürməyi təyin edir.   
  
Onu da nəzərinizə çatdırıram ki, Qastropanel  respublikamızda ilk dəfə 2005 ci ildən etibarən  bizim klikamızda  həyata keçirilir. Mədənin transabdominal hidrosonoqrafiyası metodu ilə yoxlanması 10 ilə yaxındır ki ancaq bizim klinikada həyata keçitilir, və bu yenilikləri Respublikamıza gətirməklə az da olsa xalqımıza xidmətdən qürur duyuruq!
   Sonda Sizlərə ən ümdə olan Can Sağlığı arzulayıram, çalışın xəstələnməyin!!
Sağlamlığınıza biganə olmayın, ondan qiymətli həyatda heç nə yoxdur!

 

                              Doktor Davud  tibb mərkəzinin direktoru

Qüdrətov D.A